Menu

“Fitch” ABB-nin reytinqini məhdud defolt səviyyəsinədək endirdi

24.05.2017, 21:14
“Fitch” ABB-nin reytinqini məhdud defolt səviyyəsinədək endirdi

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini “CCC” səviyyəsindən “RD” (məhdud defolt) səviyyəsinədək endirib.

“APA-Economics” xəbər verir ki, qısamüddətli reytinq “C” səviyyəsindən “RD” səviyyəsinədək salınıb. Hər iki reytinq RWE (yenidən baxılma) siyahısından çıxarılıb.

Bankın dayanıqlılıq reytinqi “f” səviyyəsində saxlanılıb. Banka verilən dəstək “5” səviyyəsində təsdiqlənib.

Reytinqin endirilməsi bankın elan etdiyi restrukturizasiya planı ilə əlaqədardır. “Fitch”in meyarlarına əsasən, restrukturizasiya ümidsiz borcların mübadiləsi deməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol