Menu

Türkiyədə Quran oxumaq yarışı keçiriləcək

24.05.2017, 22:31
Türkiyədə Quran oxumaq yarışı keçiriləcək

Türkiyənin ictimai televiziyası TRT-də Ramazan ayı boyunca quran oxumaq müsabiqəsi yayımlanacaq. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, TRT Ramazan ərzində "Quranı gözəl oxuma” yarışması təşkil edəcək.

Format olaraq Acun İlicalının TV8 kanalında yayımlanan “O Ses Türkiye” proqramına oxşayan müsabiqədə hər gün 5 iştirakçı quran oxuyaraq gün birinciliyi üçün yarışacaq.

Studiyadakı tamaşaçıların və münsif üzvlərinin səsləri ilə müəyyən edilən gün birinciləri isə həftə finalında quran oxuyaraq ayın qalibi seçilmək uğrunda yarışacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol