Futbol üzrə Avropa Liqasında 2016-2017-ci illər mövsümünün qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, bu, İngiltərənin "Mançester Yunayted" klubudur.
Joze Mourinyonun baş məşqçisi olduğu komanda İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçirilmiş final oyununda Hollandiya "Ayaks"ına qalib gəlib. Qolları Pol Poqba və Henrik Mxitaryan vurub. Bu qələbə sayəsində "Mançester Yunayted" gələn mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.
Bununla da "Mançester Yunayted" 9 ildən sonra ilk dəfə Avropa kubokuna sahib olub. Sonuncu dəfə "qırmızı şeytanlar" 2008-ci ildə Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olublar. Mourinyo isə "Portu" (Portuqaliya) və "İnter" (İtaliya) komandalarına qazandırdığı qitəmiqyaslı mükafatlardan sonra İngiltərədə də ilk belə kuboka yiyələnib. O, "Portu"ya 2003-cü ildə UEFA Kuboku, 2004-cü ildə Çempionlar Liqasını, "İnter"ə isə 2010-cu ildə Çempionlar Liqasını qazandırıb.
Avropa Liqası
Final
22:45. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2
Qol: Pol Poqba, 18. Henrik Mxitaryan, 48
Baş hakim: Damir Skomina (Sloveniya)
Stokholm, "Friends Arena"
Аякс - Манчестер Юнайтед 0:2. Обзор матча. Лига Европы 2016/17. Финал. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.


Şərhlər