«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Fox news» telekanalının apardığı sorğu göstərib ki, amerikalıların 64,0 faizi Rusiyanı qeyri-dost dövlət hesab edir.
Bu zaman sorğu iştirakçılarının 70,0 faizi bildirib ki, onların fikrincə, Donald Tramp Rusiyanın şəxsində özünün müttəfiqini görür.
Bu məlumatlara görə, rəyi soruşulanların 93,0 faizi Koreya Xalq Demokratik Respublikasını (KXDR) Amerika Birləşmiş Ştatlarının (ABŞ) başlıca düşmən hesab edir. İkinci yerdə İran, sonra isə Suriya gəlir. Rusiya bu siyahıda dördüncüdür.
2013-cü ildə ABŞ vətəndaşlarının cəmi 40,0 faizi Rusiyanı öz ölkəsinin düşməni hesab edirdi.


Şərhlər