Menu

ABŞ NATO çərçivəsində hərbi xərclərini artırır – Rusiya narahatdır!

26.05.2017, 15:35

90800AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) NATO çərçivəsində hərbi xərclərini artırması Rusiyanın narahatlığına səbəb olub.

Bu barədə, Rusiyanın alyansdakı daimi nümayəndəsi Aleksandr Qruşko bəyan edib. O, ehtimal edir ki, Donald Tramp administrasiyası tərəfindən gələn il üçün müəyyən  edilən vəsait,  Avropada əlavə ABŞ qüvvələri yerləşdirməyə imkan verir.

Bu ərəfədə, NATO ölkələri liderlərinin Brüsseldə keçirilən sammitində müdafiə üçün illik maliyyə qoyuluşunun artırılması məsələsi müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol