Menu

Qattuzo “Milan”a qayıtdı - Rəsmi

26.05.2017, 20:15
Qattuzo “Milan”a qayıtdı - Rəsmi

Cennaro Qattuzo yenidən sabiq komandası “Milan”a qayıdıb.

Qol.az-ın klubun rəsmi “tvitter” səhifəsinə istinadən yaydığı xəbərə görə, 39 yaşlı məşqçi “Milan”ın gənclərdən ibarət komandasını çalışdıracaq.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 1999-2012-ci illərdə “Milan”da çıxış edib. 2013-cü ildən məşqçiliyə başlayan veteran yarımmüdafiəçi son olaraq İtaliyanın "Piza" klubunu çalışdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol