Menu

Biləsuvarda iki piyadanı avtomobil vurub

26.05.2017, 22:36

qeza piyadaBiləsuvarda yolu keçmək istəyən piyadaları avtomobil vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev küçəsində qeydə alınıb.

Həmin küçədə yolu keçmək istəyən Astara rayon sakini, 54 yaşlı Fərhad Sabir oğlu Cabbarov və Cəlilabadın Maşlaq kənd sakini, 54 yaşlı Mükafat Qulam oğlu Bədəlovu “Jiquli” avtomobilləri vurub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol