Menu

Azərbaycan nefti ucuzlaşdı

26.05.2017, 23:05
Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 25-də 53,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,99 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 25-də 53,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,95 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 25-də 50,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,04 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 25-də 52,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,97 dollar/barel azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol