Menu

«Böyük yeddilər» terrorçuluğa qarşı mübarizəyə köklənir!

27.05.2017, 17:52
«Böyük yeddilər» terrorçuluğa qarşı mübarizəyə köklənir!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Böyük yeddilər» ölkələrinin liderləri İtaliyada keçirilən sammitdə terrorçuluq və ekstremizmlə mübarizə üzrə bəyannamə qəbul ediblər. Sənədin başlıca təşəbbüskarı qismində Britaniyanın Baş naziri Terezə Mey çıxış edib.

«Sənədi qəbul edən görüş iştirakçıları Londonla həmrəylik nümayiş etdiriblər» - deyə İtaliyanın Baş naziri Paolo Centiloni bəyan edib.

Onun sözlərinə görə, bu bəyannamə dünyanın ən güclü iqtisadiyyatları arasında əməkdaşlığı möhkəmlədir. Sənəddə, göstərilir ki, «yeddilik» internetdə terror təbliğatı və onlayn-cəlbetmə ilə mübarizə aparmaq niyyətindədir. Şəbəkədə ekstermist kontentləri aşkarlamaq işinə internet-portalları və böyük İT-şirkətləri cəlb etmək planlaşdırılır.

G7 liderləri münaqişə bölgələrini tərk etmiş əcnəbi muzdlular təhlükəsinə qarşı durmaq, terrorçuların satın alınmasından və silahlıların maliyyələşdirilməsindən imtina etmək barədə razılığa gəliblər.

Sənəddə eyni zamanda, üçüncü ölkələrlə əməkdaşlıqdan və «tolerantlıq səviyyəsini qaldırmaq və insanlar arasında dialoqu dərinləşdirmək» üçün mədəniyyətin potensialından istifadə etməkdən söhbət açılır.

Tereza Mey qeyd edib ki, Suriya münaqişəsini siyasi yolla tənzimləmədən və Bəşər Əsədi hakimiyyətdən kənalaşdırmadan, terrorçuluğa qalib gəlmək mümkün deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol