Menu

 ABŞ-da silahlı şəxs 8 nəfəri güllələyib

28.05.2017, 18:09
 ABŞ-da silahlı şəxs 8 nəfəri güllələyib

ABŞ-da silahlı şəxs polis zabiti də daxil olmaqla 8 nəfəri güllələyib

"Report"un məlumatına görə, bu barədə "Associated Press" polisə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Missisipi ştatında qeydə alınıb. Hücum edən şəxs saxlanılıb.

Öldürülənlər arasında polis rəisinin müavini də var. İnsidentin təfərrüatı və atışmanın səbəbi hələ dəqiqləşdirilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol