Menu

Ermənistanda komandir və müavini işdən qovuldu - Hərbçilərin ölümünə görə

29.05.2017, 15:55
Ermənistanda komandir və müavini işdən qovuldu - Hərbçilərin ölümünə görə

Azərbaycanin işğal altında olan Dağlıq Qarabağ bölgəsində 3 erməni hərbçisinin ölümü ilə bağlı cinayət işi açılıb.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisəyə görə hərbi hissə komandiri və onun müavini vəzifələrindən azad edilib.

Bu haqda Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan məlumat verib.

Xatırladaq ki, mayın 7-də keçmiş Ağdərə rayonunun Madagiz kəndi yaxınlığında "Vilis" markalı avtomobilin gölə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Ruben Barseqyan, 1997-ci təvəllüdlü Rafael Bişaryan və 1998-ci il təvəllüdlü Ruben Mnasakanyan boğulub ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol