Menu

Britaniyada pələng zoopark əməkdaşını parçalayıb 

29.05.2017, 23:32
Britaniyada pələng zoopark əməkdaşını parçalayıb 

Böyük Britaniyanın Kembricşir qraflığında yerləşən "Hamerton Zoo" heyvanat parkının qadın əməkdaşı pələngin ona hücum etməsi nəticəsində həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

Bildirilir ki, zoopark ziyarətçiləri bazar ertəsi səhər "ciddi hadisə ilə əlaqədar" təxliyyə olunublar. Sonradan polis dəqiqləşdirib ki, hadisə qadın heyvanın qəfəsində olan zaman baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol