Menu

Mərkəzi Bankdan 11 milyon oğurlandı - RUSİYADA

30.05.2017, 12:47
Mərkəzi Bankdan 11 milyon oğurlandı - RUSİYADA

Moskvada naməlum şəxs Rusiya Mərkəzi Bankının binasında 11 milyon rubldan çox vəsait oğurlayıb.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Moskva" agentliyi məlumat yayıb.

Oğru məkana pəncərədən girib. Oğurlanmış pul Mərkəzi Bankda sektor müdirinə məxsus olub.

Faktla bağlı külli miqdarda vəsaitin oğurlanması maddəsi üzrə cinayət işi başladılıb.

Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, cinayətkarın kimliyinin müəyyənləşməsi yolunda addımlar atılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol