Menu

«Rusiyada artıq ABŞ-a gülürlər» - Donald Tramp

31.05.2017, 00:50
«Rusiyada artıq ABŞ-a gülürlər» - Donald Tramp

«AzPolitika.info»- nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp özünün «Tvitter»ində bəyan edib ki, Rusiyanın rəsmi şəxsləri indi güman ki, onun Rusiya ilə əlaqədə olması barədəki ittihama görə, ABŞ-a gülürlər.

Onun sözlərinə görə, Demrokrat partiyasından namizədin - sabiq dövlət katibi Hillari Klintonun məğlubiyyətinə bu cür bəraət qazandırmaq cəhdi gülüşdən başqa heç nə doğurmaz.

«Rusiyalı məmurlar güman ki, ABŞ-a və həm də ona gülürlər ki, «yalançı KİV»-lər seçkilərdə demokratların məğlubiyyətinə belə miskin bəraət uydurublar» - deyə, Tramp yazır.

Xatırladaq ki, mayın 27-də ABŞ senatının kəşfiyyat üzrə komitəsi Trampın komandasından onun seçki qərargahında saxlanan və 2015-ci ilin iyun ayından sonrakı dövrə aid bütün sənədləri, elektron yazışmaların mətnini, telefon danışıqlarının yazısını araşdırmaq üçün tələb edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol