Menu

Kabildə partlayış - Çox sayda ölənlər və yaralananlar var

31.05.2017, 09:58
Kabildə partlayış - Çox sayda ölənlər və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə partlayıcı maddə ilə doldurulmuş avtomobil partlayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində onlarla insan həlak olub, 100-dən artıq isə yaralanıb.

Qeyd edək ki, partlayış bu gün səhər saatlarında prezident sarayının və xarici səfirliklərin binalarının yaxınlığında baş verib. Bir çox binalar partlayışdan sonra zədələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol