Menu

"Jumeirah" Azərbaycandakı fəaliyyətinə xitam verdi

31.05.2017, 10:49
"Jumeirah" Azərbaycandakı fəaliyyətinə xitam verdi

Azərbaycanda fəaliyyət göstərən daha bir xarici şirkət işini dayandırıb.

Vergilər Nazirliyindən Turizm.fins.az-a verilən məlumata görə, "Jumeirah Management Services (Baku)" MMC-nin Azərbaycandakı filialının fəaliyyətinə xitam verilib.

Bununla əlaqədar olaraq şirkət dövlət qeydiyyatının ləğv olunduğunu elan edib. Kreditorlar bütün tələblərini, iddialarını və sorğularını 2 ay müddətində bildirə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol