AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiyanın hərbi-dəniz donanması (HDD) Suriyanı silsilə raket atəşinə tutub. Müdafiə Nazirliyi bildirir ki, atəşin hədəfi «İslam dövləti» qruplaşması döyüşçülərinin Palmira rayonundakı mövqeləri olub.
Hərbi əməliyyatda «Admiral Essen» freqatı və «Krasnodar» sualtı qayığı iştirak edib. Raket atəşləri zamanı qayıq suyun altında olub. Hər iki gəmi atışları Aralıq dənizi hövzəsindən həyata keçirib.
Müdafiə Nazirliyinin təsdiqlədiyinə görə, terrorçular qüvvələrini Rakka ətrafından Suriyanın şimalına daşımağa başlayıblar. Düşmənin canlı qüvvəsinin əsas kütləsi zərbə anında Palmiradan cənubda yerləşib.
HDD qüvvələri «Kalibr» tipli qanadlı raketlərini tətbiq ediblər. «Kremldə bu silah növü ilə fəxr edirlər» - deyə, «Exo Moskva» radiosuna müsahibəsində hərbi şərhçi Aleksandr Holts danışıb.
Rusiyalı hərbçilərin sözlərinə görə, raket zərbələri barədə Türkiyə, ABŞ və İsrail tərəfləri əvvəlcədən məlumatlandırılıb.


Şərhlər