Menu

Rusiya Moldovanın 5 diplomatını “arzuolunmaz şəxs” elan edib

31.05.2017, 18:22
Rusiya Moldovanın 5 diplomatını “arzuolunmaz şəxs” elan edib

Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Moskvadakı səfirliyinin 5 əməkdaşını “arzuolunmaz şəxs” (“persona-non-qrata”) elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Moskva hesab edir ki, Kişineu Rusiyaya münasibətdə fəaliyyətinin səmərəsiz olacağını dərk edəcək”, - Rusiya XİN-nin açıqlamasında vurğulanıb.

Rusiya XİN oxşar addımı Estoniyaya qarşı da atıb.

Qeyd edək ki, ötən gün Moldova XİN Rusiyanın ölkədəki səfirliyinin 5 diplomatını “persona –non-qrata” elan edib.

Xatırladaq ki, Estoniya XİN bir neçə gün əvvəl Rusiyanın ölkədəki baş konsulu və konsulunu “arzuolunmaz şəxs” elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol