Menu

Qəza zamanı avtomobil iki yerə bölündü - Ölənlər var

01.06.2017, 09:52
Qəza zamanı avtomobil iki yerə bölündü - Ölənlər var

Qax rayonunun Dəymədağlı kəndində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, baş verən hadisə nəticəsində 2 nəfər ölüb, daha 2-si yaralanıb.

Belə ki, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Bəhruz Ramazanovun idarə etdiyi "VAZ-2109" markalı avtomobil qəza nəticəsində iki yerə bölünüb və yanaraq külə dönüb.

Nəticədə sürücü B.Ramazanov və onun sərnişini 1985-ci il təvəllüdlü Ruslan Muradov ölüb. Avtomobildə olan digər sərnişinlər - 1988-ci il təvəllüdlü Həsrət Kərimov və 1977-ci il təvəllüdlü İlqar Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol