Menu

Azərbaycan Texasa neft göndərib - 2012-ci ildən etibarən ilk dəfə

01.06.2017, 10:07
Azərbaycan Texasa neft göndərib - 2012-ci ildən etibarən ilk dəfə

Azərbaycan mayda ABŞ-ın Texas ştatının Korpus-Kristi limanına 500 min barel həcmində "Azeri Light" nefti göndərib. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, Azərbaycan neftinin Texasa tədarükü uzun müddət ərzində ilk dəfə həyata keçirilib:

"500 min barel həcmində "Azeri Light" nefti Texasa iki həftə əvvəl çatıb. Bu, 2012-ci ildən etibarən Azərbaycan neftinin həmin ştata ilk tədarüküdür".

Qeyd edək ki, bu, cari ildə Azərbaycan neftinin ABŞ-a ikinci iri ixrac həcmidir. Belə ki, SOCAR apreldə Ceyhan limanından ABŞ-a 800 min barel həcmində "Azeri Light" nefti tədarük etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol