Menu

Parlament 2 dəfə növbədənkənar iclasa toplaşacaq

01.06.2017, 11:51
Parlament 2 dəfə növbədənkənar iclasa toplaşacaq

Milli Məclisin növbədənkənar keçiriləcək iclasının vaxtı məlum olub.

Parlamentdən Modern.az-a daxil olan məlumata görə, növbədənkənar iclasların iyunun 13 və 23-də keçiriləcəyi gözlənilir.

Məlumatda bildirilib ki, iclasın gündəliyi yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, parlamentin növbədənkənar sessiyaları Milli Məclisin sədri, Azərbaycan Prezidenti və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırılır.

Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol