Menu

«Bir sıra ölkələrdə rusofobiya əndazəni aşıb!» - PUTİN

01.06.2017, 17:10
«Bir sıra ölkələrdə rusofobiya əndazəni aşıb!» - PUTİN

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin deyib ki, bir sıra ölkələrdə rusofobiya «əndazəni aşıb».

Bu zaman, Prezident qeyd edib ki, artıq bu siyasətin ziyanları görsənməkdədir:

"Çoxqütblü dünya özünü təsdiqləyir, bu isə monopolistlərin xoşuna gəlmir. Məlum olduğu kimi, monopoliya - pisdir, amma monopolistlər hər zaman onun uğrunda mübarizə aparırlar.

Bir müddət bundan əvvəl bizim həmkarlarımız Rusiyanı dayandırmaq cəhdləri göstərməyə başladılar. Onun özünün milli maraqlarını təmin etməyə can atması, ona qarşı beynəlxalq hüquq çərçivəsinə sığmayan hər cür fəaliyyət, o cümlədən, iqtisadi xarakterli məhdudiyyətlər…

İndi isə görürlər ki, bu - işləmir. Bu, daxili qıcıqlanma doğurur və nəyin bahasına olursa-olsun öz məqsədlərinə çatmaq istəyi, vəziyyəti gərginləşdirməyə can atma istəyi yaradır.

Təəssüf ki, bunu edənlər üçün biz, bəhanə vermirik, budur, indi bəhanəni «boş yer»də tapmağa çalışırlar".

Putin qeyd edib ki, rusofobiya sonsuzluğa qədər davam etməyəcək. Prezident həm də hesab edir ki, raket əleyhinə müdafiə (RƏM) mövzusu üzrə dünya ictimaiyyətinin susması və ikili standartlar dövlətləri silahlanma yarışına sövq edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol