Menu

"Türkiyədən pomidor alışından söhbət gedə bilməz" - Rusiyalı nazir

01.06.2017, 17:44
"Türkiyədən pomidor alışından söhbət gedə bilməz" - Rusiyalı nazir

Türkiyədən pomidor alışı ilə bağlı qadağanın müddəti ən azı üç il uzadılacaq.

Trend-in məlumatına görə, bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev deyib.

Nazir Rusiyanın pomidor idxalını təqribən iki dəfə azaltdığını bildirib:

"Ölkəmizdə 800 min ton pomidor istehsal edirik. İstehsal həcmini təqribən daha yarım milyon ton artırmalıyıq. İdxalla bağlı qadağa hələ 3-5 il qüvvədə qalacaq. Buna görə də Türkiyədən pomidor alışından söhbət gedə bilməz".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol