Menu

Bu şəxslər dövlət qulluqçularına bərabər tutulacaqlar

01.06.2017, 18:24
Bu şəxslər dövlət qulluqçularına bərabər tutulacaqlar

Azərbaycanda bəzi publik hüquqi şəxslərin əməkdaşları dövlət qulluqçularına bərabər tutulacaqlar.

Trend-in məlumatına görə, bununla bağlı “Publik hüquqi şəxslər haqqında” qanuna dəyişikliklər edilib.

Yeni layihəyə görə, “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar.

Bu yeni dəyişikliklə “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş xidmətləri göstərən publik hüquqi şəxslərin əməkdaşlarının hüquqi statusu müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol