Menu

Türkiyə xüsusi təyinatlıları hazır vəziyyətə gətirildi

12.06.2014, 13:08
Türkiyə xüsusi təyinatlıları hazır vəziyyətə gətirildi

Siyasi direktiv veriləcəyi təqdirdə Türkiyənin xüsusi təyinatlı “bordo bereli” hərbi qüvvələri əməliyyata başlaya biləcək. Axar.az xəbər verir ki, türk mətbuatının yaydığı məlumata görə, Türkiyənin Mosul Konsulluğunun işçilərinin xilas edilməsi üçün xüsusi təyinatlılar hazır vəziyyətə gətirilib.

İŞİD-in Mosuldan sonra Kərkükü də işğal etməsinin qarşısını almaq üçün daha geniş hərbi əməliyyat planı isə ikinci addım olaraq hazır saxlanılır.

Türkiyə Baş Qərargahı fəaliyyətini Quru və Hava Qüvvələri qərargahları ilə birlikdə həyata keçirir. Regiondan gələn kəşfiyyat məlumatları isə Milli İstihbarat Təşkilatına ötürülür. Planlaşdırılması nəzərdə tutulan əməliyyat tədbirləri siyasi direktivin veriləcəyi təqdirdə həyata keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol