Menu

Cocuq Mərcanlıda raket və piyada əleyhinə minalar aşkarlanıb

02.06.2017, 00:15
Cocuq Mərcanlıda raket və piyada əleyhinə minalar aşkarlanıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, gün ərzində 1 201 ədəd qəlpə, 1 ədəd partlamamış hərbi sursat (PHS) (PQ-7VL raketi) və 2 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 17 413 kv.m (1.74 ha) ərazi tam təmizlənib, 18 300 kv.m (1.83 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Beləliklə, cəmi 35 713 kv.m (3.57 ha) ərazi təmizlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol