Menu

Məhərrəm Əhmədov işdən azad edilməyib - Yenilənib

02.06.2017, 16:23
Məhərrəm Əhmədov işdən azad edilməyib - Yenilənib

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə vəzifəsindən azad olunub.

Prezident Administrasiyasının yeni strukturunda Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi hələ ki boşdur.

Modern.az saytı Fatma Abdullazadənin müavini Məhərrəm Əhmədovla əlaqə saxlamağa çalışıb. Amma onunla telefon bağlantısı alınmayıb. Bunun ardınca sayta Məhərrəm Əhmədovun da vəzifədən azad olunduğu bildirilib.

"AzPolitika"nın məlumatına görə, bir qədər öncə Məhərrəm Əhmədovla bağlı xəbər təkzib olunub və onun hazırda iş başında olduğu qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol