Menu

“ABŞ strateji sabitlik üzrə Rusiya ilə dialoqu bərpa etmək istəyir” - Ağ Ev rəsmisi

03.06.2017, 00:27
“ABŞ strateji sabitlik üzrə Rusiya ilə dialoqu bərpa etmək istəyir” - Ağ Ev rəsmisi

ABŞ strateji sabitlik üzrə Rusiya ilə dialoqu bərpa etmək istəyir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin xüsusi koməkçisi Kristofer Ford bəyan edib.

“Biz strateji sabitlik üzrə Rusiya ilə dialoqu bərpa etmək istəyirik. Güman edirik ki, bu bizə tərəflərin hansı mövqedə olduğunu anlamağa yardım edəcək”, deyə K.Ford bildirib.

Qeyd edək ki, bu gün Kristofer Ford Vaşinqtonda Silahlara nəzarət Assosiasiyasının iclasında çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol