Menu

Bakıda 3 naməlum şəxs dönərçiyə ağır bıçaq xəsarətləri yetirib

03.06.2017, 02:45

BicaqBakıda dönərçi ağr bıçaq xəsarətləri alıb.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, "Üçüncü mikrorayon dairəsi" kimi tanınan ərazidə 3 naməlum şəxslə dönərçi, 1967-ci il təvəllüdlü Ağayev Oqtay Qurbanəli oğlu arasında mübahisə yaranıb. Nəticədə həmin şəxslər O.Ağayevə kürək nahiyəsindən 4 bıçaq xəsarəti yetirərək aradan çıxıblar.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları əraziyə cəlb edilib.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol