“Azərbaycan - ABŞ münasibətləri dövlətlər arası münasibətlər kontekstində zaman - zaman reqressiv və ya proqressiv xətt istiqamətində inkişaf etmişdir”.
Bunu Az.Politika.info-ya açıqlamsında politoloq Adıgözəl Məmmədov Amerikanın ATƏT-dəki müşaviri Kristofer Robinsonun bəyanat verməsi və ümumiyyətlə son zamanlar ABŞ dövlət adamlarının Azərbaycan haqqında bu cür bəyanatlar verməsinin səbəblərindən danışarkən deyib.
Onun sözlərinə görə, bu əslində təbii haldır: “ Son dövrlər bu proses artıq reqressiv hal alıb. Əslində bu halın yaranmasında ABŞ tərəfinin, daha doğrusu onların rəsmi nümayəndələrinin dövlətlərarası münasibətlərimizə xələl gətirə biləcək bəyanatlarıdır. Əlbəttəki ABŞ super güc dövlətidir, ancaq onlar da unutmamalıdır ki, Azərbaycan dünyada təcrid olunmuş vəziyyətdə deyil. Azərbaycanın öz milli maraqları və regionumuzda baş verən proseslərə öz baxışları ola bilər. Bu baxışlara görə, Azərbaycanı hədələmək və qorxutmaq adekvat reaksiyalara səbəb olur. Məhz bu baxımdan da, beyin mərkəzləri ilə öyünən ABŞ xarici siyasət idarəsi olduqca kobud , qaba və yonulmamış bəyanatları ilə rəsmi Bakını həm təəcübləndirdi , həm də qıcıqlandırdı. Bax bu hesablanmamış bəyanatların və ya hədələrin nəticəsi olaraq bu gün Azərbaycan - ABŞ münasibətləri reqressiv xəttlə aşağıya doğru enmişdir”.
Ülkər Musazadə


Şərhlər