Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, "Qazel" markalı yük maşını ilə mosotiklet toqquşub. Nəticədə motosiklet aşıb, sürücü isə ölüb. Əraziyə hüquq-mühafizə orqanlarının və təcili yardımın əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər