Menu

Rusiya tankları Ukrayna sərhədini keçdi

12.06.2014, 21:44
Rusiya tankları Ukrayna sərhədini keçdi

Ukraynanın seperatçılar tərəfindən tutulmuş sərhəd-keçid məntəqəsindən Rusiya hərbi texnikası kolonunun, o cümlədən üç tankın keçdiyi qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna daxili işlər naziri Arsen Avakov bildirib. "Bu məntəqədən zirehli taransportyorların, avtomobillərin, o cümlədən zirehli avtomobillərin artilleriya topları ilə birlikdə keçdiyi qeydə alınıb", - deyə ukraynalı nazir bildirib.

Eyni zamanda, Ukraynanın "İnformasiya müqaviməti" qrupunun əlaqələndiricisi Dmitri Tımçuk bildirib ki, ilkin məlumata görə, sərhədi T-72 tankları keçib və onlar Ukraynanın sərhəd şəhəri Snejnoyedədir.

Yerli KİV-lərin məlumatına görə, hazırda Snejnoyedə seperatçılarla Ukrayna ordusu arasında atışma gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol