Menu

Ermənistanla sərhəddə əməliyyat: 8 ölü

04.06.2017, 13:06
Ermənistanla sərhəddə əməliyyat: 8 ölü

Türkiyənin Qars vilayətinin Çemçe bölgəsində PKK-ya qarşı həyata keçirilən əməliyyat zamanı 8 terrorçu öldürülüb.Axar.az xəbər verir ki, bu barədə Qars valisi Rahmi Doğan jurnalistlərə verdiyi açıqlamasında deyib.

“Dünən gecə əldə edilən məlumat əsasında həyata keçirilən əməliyyat nəticəsində təşkilatın Çemçe qrupunun 8 üzvü öldürülüb. Qaçan terrorçular hərbçilər tərəfindən təqib edilir”, - vali bildirib.

Hazırda Çemçe-Madur bölgəsində əməliyyatlar davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol