Menu

Şəmkirdə traktor sürücüsü bədbəxt hadisə nəticəsində ölüb

04.06.2017, 17:41
Şəmkirdə traktor sürücüsü bədbəxt hadisə nəticəsində ölüb

Şəmkir rayonunda traktoru işə salan sürücü bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Posanlı kəndində baş verib.

Kənd sakini, 1979-cu il təvəllüdlü, Cəfərov Qurban İsa oğlu, traktoru işə salan zaman ehtiyatsız davranaraq mühərrikin pərinə toxunub. Nəricədə pər onun qarın nahiyəsini kəsərək ağır xəsarət alıb. Sürücü aldığı xəsarətlərdən yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol