Menu

Bakıda 38 yaşlı kişini uşaq bağçasının həyətində baltaladılar

05.06.2017, 12:27
Bakıda 38 yaşlı kişini uşaq bağçasının həyətində baltaladılar

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, insident paytaxtın 86 saylı uşaq bağçasının həyətində baş verib.

1979-cu il təvəllüdlü Səfərov Vüqar Yusif oğlu tanımadığı bir neçə şəxs tərəfindən döyülüb. Həmin şəxslər, həmçinin onun baş və bədən nahiyələrinə balta ilə xəsarət yetiriblər.

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol