Menu

Bu gün Çernoqoriya rəsmən NATO-ya üzv olur

05.06.2017, 14:11

NATO_HqAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bu gün Çernoqoriya rəsmi olaraq, NATO-ya daxil olur. Uyğun sənədlərin təqdim olunması mərasimi Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentində baş tutacaq.

Tədbirdə Çernoqoriyanın Baş naziri Duşko Markoviç, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Tomas Şennonla birlikdə, NATO-nun Baş katibi Yens Stoltenberq iştirak edəcək.

Daha bir mərasimin NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcəyi planlaşdırılıb. Bu tədbirdə Çernoqoriyanın Prezidenti Filip Vuyanoviç də iştirak edəcək.

Çernoqoriyanın NATO-ya üzv olmaq qərarını Moskva «süngü ucunda» qarşılayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol