Menu

Mingəçevirdə Kür çayında batan şəxs xilas edilib

05.06.2017, 20:32

baliqci-itkin-fhn-xilasetmeFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir şəhərində 1 nəfərin Kür çayında çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol