Terror təşkilatı İraq-Şam İslam Dövlətinin (İŞİD) yaraqlılarının Mosulu ələ keçirməsi və Tikrit də daxil olmaqla, digər şəhərlərə doğru irəliləməsinə Moskvadan ilk reaksiya gəlib.
AzPolitika.info Türkiyənin “Zaman” nəşrinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi İŞİD-in bölgədəki fəaliyyətlərini sərt bir şəkildə qınayıb və Bağdad hökumətinə lazımi dəstəyin veriləcəyini açıqlayıb.
Nazirlik, Qərb ölkələrinin İŞİD kimi terror təşkilatları mövzusunda Suriya və İraqda "standart yanaşma" nümayiş etdirmələrini tənqid edib.
Rusiya Xarici İşlər Nazirliyi Şimali İraqda daha təhlükəli vəziyyətdən dolayı narahat olduğunu bildirib.
İŞİD-in Mosulu işğal etdikdən sonra böyük problemlərlə üzləşməsi minlərlə yerli xalqın Kürd bölgələrinə doğru qaçmasına səbəb olub.


Şərhlər