Menu

Rusiya AŞPA-ya 11 milyon avro ödəməkdən imtina etdi!

06.06.2017, 14:26

aspaAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyası (RF) Avropa Şurasına (AŞ) cari il üçün üzvlük haqqının üçdə birini bloklayıb. Bu vəsait Avropa Şurası Parlament Assambleyasını (AŞ PA) maliyyələşdirməyə yönəldilməli idi. Vəsaitin məbləği 11 milyon avro təşkil edir.

Bu barədə çərşənbə axşamı jurnalistlərə Dövlət Dumasının (DD) spiketi Vyaçeslav Volodin məlumat verib.

«Köçürməni blokladıq və sədr (Federasiya Şurasının sədri - red.) Valentina İvanovna Matviyenko bu barədə danışıb. Lavrov da, biz də danışmışıq - üçdə birini blokladıq» - deyə, Volodin bəyan edib.

«Maliyyələşdirmə, il ərzində mərhələlərlə gedir və ilin sonuna qalan üçdə biri köçürülməyəcək - qurtardı» - Volodin əlavə edib.

Bundan əvvəl Matviyenko xəbər verib ki, Rusiya xarici işlər nazirliyi (XİN) AŞPA-nın maliyyələşdirilməsi üzrə uyğun hüquqi məsələlər üzərində işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol