Mosul hadisəsindən öncə Azərbaycan əsilli millət vəkili parlamentdə nə deyib?
Mosulda Türkiyə baş konsulluğunun İŞİD adlanan qruplaşma tərəfindən ələ keçirilməsindən öncə MHP-li millət vəkili Sinan Oğan hökumətə bu barədə xəbərdarlıq edibmiş.
Azpolitika.info Türkiyə mənbələrinə istinadən bildirir ki, bu hadisədən 1 gün öncə parlamentdəki çıxışında müxalifətçi millət vəkili konsulluğun mühasirəyə alındığını və türk vətəndaşlarının təhlükədə olduğunu bəyan edib. Ancaq özündən razı AKP-lilər ona danışmağa imkan verməyiblər və sonradan da olan oldu. Buna oxşar hadisə Soma mədən faciəsindən öncə də olmuşdur. O vaxt da CHP-li millət vəkili mümkün faciə ilə bağlı xəbərdarlıq etsə də, AKP hökuməti bunu qulaq ardına vurmuşdu. Göründüyü kimi, Ərdoğanın yekəxanalığı Türkiyəni növbəti faciə ilə üz-üzə qoyub.
Azərbaycan əsilli Sinan Oğanın Mosul hadisəsindən 1 gün öncəki və sonrakı çıxışlarını təqdim edirik.


Şərhlər