Menu

Litva Prezidenti Rusiya və Belarusu başlıca təhlükə adlandırıb! 

06.06.2017, 18:31
Litva Prezidenti Rusiya və Belarusu başlıca təhlükə adlandırıb! 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Litvanın Prezidenti Dalya Qribauskayte Rusiya və Belarusun mövcudluğunu Polşa və Baltik ölkələri üçün başlıca təhlükə adlandırıb. Prezident bu barədə yerli KİV-ə verdiyi müsahibədə bəyan edib.

Xəbəri «Baltnews.lt» nəşri yayıb.

Litva liderinin fikrincə, Kalininqrad vilayətinin silahlandırılması və «Qərb-2017» Rusiya-Belarus hərbi təlimləri bölgənin təhlükəsizliyini təhdid edən çağırışlardır.

Təcavüzkarları dayandırmaq və onları «ayıltmaq» üçün Qribauskayte Baltik ölkələrinə və Polşaya özlərinin müdafiə qabiliyyətini möhkəmlətmək üçün birgə fəaliyyət göstərməyi təklif edib. Onun fikrincə, əsas vurğunu hava hücumundan müdafiəyə və «şərq qanadı»nı silahla «doyuzdurmaq» məsələsinə yönəltmək lazımdır.

Məlumat üçün bildirək ki, bundan bir qədər əvvəl verilən xəbərə görə, Litva Rusiya ilə sərhədinə metaldan divar çəkmək niyyətində olduğunu bildirmişdi. Dünən yayılan məlumatda isə bildirilir ki, Litva hökuməti artıq bu prosesə start verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol