Menu

Polis əməkdaşı “London taksisi"nin altında qaldı – Bakının mərkəzində

07.06.2017, 10:38
Polis əməkdaşı “London taksisi"nin altında qaldı – Bakının mərkəzində

Bakıda "London taksisi" polis əməkdaşının vurub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsində qeydə alınıb.

10 TH 572 dövlət qeydiyyat nişanlı London taksisi yolu keçən, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşı, polis baş serjantı Sevindik Rzayevi vurub.

Nəticədə S. Rzayev DİN-in hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol