«Təsvirlər Vikipediya»sında gerçək bir müharibə başlanıb: naməlum şəxs Donald Trampın fotoşəklini internet-ensiklopediyadan silməyi tələb edib! Onun fikrincə, həmin foto üzərində fotoqrafın müəllif hüququ var. Vikipediya mənbələrində sözügedən şəkilin hansısa bir Douq Kulter tərəfindən çəkildiyi bildirilir. Ancaq həmin şəxs heç vaxt ABŞ hökuməti ilə işləməyib.
AzPolitika.info xavrici KİV-ə istinadla xəbər verir ki, Trampın portreti internet-ensiklopediyada yerləşdirilərkən, fotorqafın müəllif hüquqları pozulub. Bu barədə «The Daily Dot» portalı yazıb.
Ötən bazar günü portret vikipediyadan silinib. Ancaq tezliklə onu bərpa ediblər. Sonrakı dərc «Creative Commons» adlı qeyri-kommersiya şirkətinin lisenziyası əsasında həyata keçirilib. Şirkət bütün arzu edənlərin təsvirlərini dərc etmyə icazə verir.
Beləliklə, necə deyərlər, təsvirə «azad lisenziya» verilib. «Creative Commons» şirkətinin nümayəndələri bəyan ediblər ki, Ağ Evin nöqteyi-nəzərini nüfuzlu sayırlar. Ağ Ev isə bəyan edib ki, müəllif həmin fotoşəkilin dərc olunmasına öz razılığını verib.


Şərhlər