Menu

Şimali Koreya da ABŞ-ı qınadı...

07.06.2017, 12:41

korea simaliAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) iqlim üzrə Paris sazişindən çıxdığına görə, Amerika Birləşmiş Ştatlarını (ABŞ) pisləyib. KXDR xarici işlər nazirliyinin (XİN) fikrincə, Birləşmiş Ştatları bütöv planetin hesabına yalnız öz firavanlığı maraqlandırır.

Bu barədə Yaponiyanın «Kyodo» agentliyi xəbər verib.

«Bu, eqoizmin və mənəvi dəyərlərin olmamasının ən yüksək səviyyədə təzahürüdür. ABŞ-ı bütöv planetin hesabına yalnız öz firavanlığı maraqlandırır. Nəzərə alsaq ki, ətraf mühitin mühafizəsi həm də onların şəxsi maraqlarına xidmət edir, o zaman bu qərarın axmaq və qeyri-uzaqgörən olduğu ortaya çıxır» - Şimali Koreya XİN-nin bəyanatında deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol