Menu

Tanınmış iş adamı "Bank VTB (Azərbaycan)"dan imtina etdi

07.06.2017, 13:55
Tanınmış iş adamı "Bank VTB (Azərbaycan)"dan imtina etdi

"Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarlarının strukturunda dəyişiklik olub.

"APA-Economics" bankın 2016-cı il üzrə audit hesabatına istinadən xəbər verir ki, Əşrəf Kamilov payını Adıgözəl Ağayevə satıb. Söhbət səhmlərin 0,01%-dən gedir.

Digər iki səhmdarı payı isə dəyişilməz olaraq qalıb. Belə ki, "Bank VTB (Azərbaycan)" ASC-nin səhmlərinin 51%-i "Bank VTB" SC-yə (RF), 48,99%-i isə "AtaHoldinq" ASC-yə məxsusdur.

Qeyd edək ki, Ş.Kamilov "AtaHoldinq" ASC-nin Müşahidə Şurası sədrinin birinci müavini, A.Ağayev isə İdarə Heyətinin sədridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol