Baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov üç gün əvvəl oğluna toy edib. Bu barədə Mia.az-a YAP-dan məlumat daxil olub.
Məlumatda bildirilir ki, toy "Buta Palace” Şadlıq evində keçirilib. Mənbə Əli Əhmədovun kimlə quda olduğunu isə açıqlamaqdan imtina edib.
Məlumatda o da deyilir ki, əslində Orxan Əhmədovun toyu aprel ayında olacaqmış. Lakin toy ərəfəsində Əli Əhmədovun qardaşı İsa Əhmədov dünyasını dəyişib və bu səbəbdən toy təxirə salınıb.
Xatırladaqki, Əli Əhmədovun oğlu Orxan Əhmədov Nəsimi rayon Prokurorluğunda işləyir.

Şərhlər