Menu

Tehranda terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb

08.06.2017, 13:30
Tehranda terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb

Tehranda baş vermiş terror hadisələri nəticəsində ölən və yaralananların sayı artıb.APA-nın Tehran bürosunun xəbərinə görə, İran Məhkəmə Tibbi Ekspertizasının rəhbəri Əhməd Şücai bildirib ki, terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

O əlavə edib ki, ölənlərdən 3 nəfər qadındır.Qeyd edək ki, bundan öncə 13 nəfərin öldüyü, 40-dan çox adamın yaralandığı haqda məlumat yayılıb.

Xatırladaq ki, ötən gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyni türbəsinə silahlı hücum olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol