Menu

Trampa mane olan «bulud»… - Çəkiləcəkmi?

09.06.2017, 11:11
Trampa mane olan «bulud»… - Çəkiləcəkmi?

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, necə deyərlər, «Rusiya araşdırmaları»nın yaratdığı «bulud» ona işləməyə mane olur.

Bu barədə ABŞ Federal Təhqiqat Bürosunun (FTB) eks-direktoru Ceyms Kominin konqresə təqdim etdiyi yazılı izahatda (ifadə) söhbət açılır.

Kominin sözlərinə görə, Tram onu əmin etməyə çalışıb ki, Rusiya ilə hər-hansı bağlantısı yoxdur, Rusiyalı fahişələrlə heç vaxt əlaqədə olmayıb və həmişə Rusiyada olarkən, ona qulaq asıldığından şübhələnirmiş.

Komi həm də danışıb ki, Tramp ondan «şəxsi sədaqət» tələb edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol