Menu

Qətərin xarici işlər nazirinin Rusiyaya səfəri Putinsiz keçəcək

09.06.2017, 13:18
Qətərin xarici işlər nazirinin Rusiyaya səfəri Putinsiz keçəcək

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Qətərin xarici işlər naziri Mühəmməd bin Əbdül Rəhman bin Əl Taninin iyunun 10-a Rusiyaya planlaşdırılan səfəri prezident Vladimir Putinin iştirakı olmadan keçəcək.

Kremlin mətbuat katibi Dmitri Peskova istinadla, xəbəri «RİA Novosti» agentliyi yayıb.

«Rusiya Prezidenti Qətərin xarici işlər naziri ilə görüşəcəkmi?» - sualına Peskov qısa cavab verib: «Yox!»

Bu arada, gözlənildiyi kimi, Əl Tani Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Bandan əvvəl xəbər verildiyi kimi, 10 dövlət, o cümlədən, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı (SƏ) Doha ilə diplomatik əlaqələri kəsib. Onlar Qətəri, ekstremistləri, o cümlədən, «İslam dövləti» qruplaşmasını dəstəkləməkdə günahlandırırlar.

Bundan başqa, onların fikrincə, Doha digər dövlətlərin daxili işlərinə qarışmaq cəhdləri göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol