Menu

Rusiyalı pilotlar kütləvi halda Asiyaya axışır! - İşləmək üçün

10.06.2017, 00:38
Rusiyalı pilotlar kütləvi halda Asiyaya axışır! - İşləmək üçün

AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, son vaxtlar rusiyalı pilotlar işləmək üçün kütləvi halda Asiya ölkələrinə axışır.

İki il yarım ərzində ölkəni 300 mütəxəssis tərk edib, daha 400 nəfər isə hazırda getmək üçün sənədlərini hazırlayır.

«Kommersant» qəzetinin yazdığına görə, ölkəni əsas etibarilə, yüksək ixtisaslı pilotlar tərk edirlər. Çində və Cənubi Koreyada onlara vətəndəkindən 4 dəfə artıq əmək haqqı verilir, işin həcmi (yüklənmə) isə müqayisədə, xeyli aşağıdır.

Nəqliyyat Nazirliyində və bir sıra aviaşirkətlərdə kadr axınını «Kommersant»a təsdiqləyiblər və bəyan ediblər ki, problemin həlli yollarını axtarırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol